Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”. Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır. Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən. O hər kəsə əməllərinə görə əvəz verəcək. Düşmənlərinə qəzəblə, yağılarına, Uzaq diyarlara qisasla əvəz verəcək. Babilin içindən qaçın! Hər kəs canını qurtarsın! Onun günahına görə məhv olmayın. Çünki Rəbbin qisas zamanıdır, Ona öz əvəzini verəcək. Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Sionda etdikləri bütün pis əməllərinin əvəzini Gözlərinizin önündə verəcəyəm» Rəbb belə bəyan edir. O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv edənlər Ona hücum edəcək» Rəbb belə bəyan edir. Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq.
Выбор основного перевода