Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək. Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq. O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. Bax, onlar küləş kimidir, Od onları yandırıb-yaxar. Özlərini alovun gücündən xilas edə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, Qabağında oturulacaq od deyil. Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək. Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək. Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir. Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir. Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
Выбор основного перевода