Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.
Выбор основного перевода