Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq. Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alanın arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq. Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı». Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın!
Выбор основного перевода