Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan. Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin! Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
Выбор основного перевода