Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Biçinçi taxılı necə biçirsə, Başaqları əli ilə necə yığırsa, Refaim vadisində başaqları necə toplayırsa, Onlar da elə olacaq. Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir. O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək. Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm. Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan. Ey Yəhuda, sənin üçün də Bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda, Oraq çalın, Çünki məhsul yetişib. Gəlin ayağınızla əzin, Çünki üzümsıxanlar doludur, Təknələr daşır. Çünki onların pisliyi böyükdür». Lakin onlar Rəbbin düşüncələrini bilmir, Məsləhətini anlamır. Xırmanda yığılan dərzlər kimi Rəbb onları bir yerə toplamışdır. Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın. Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi».
Выбор основного перевода