Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim». Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb». Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı. Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan». O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü. Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır. Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı. Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir». Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir». Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi». Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim». Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı. Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı». Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq. Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın.
Выбор основного перевода