Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki? Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur.
Выбор основного перевода