Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam. Atlarınızı yəhərləyin, Ayğırlarınıza minin, ey atlılar! Dəbilqə geyinib sıraya düzülün, Nizələrinizi itiləyib zireh geyinin! Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək». Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq. Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin! «Millətlər arasında bunu elan edin: Döyüşə hazırlaşın, İgidləri qızışdırın, Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın. Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin. Qoy zəif olan “güclüyəm” desin.
Выбор основного перевода