Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi. Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək. Oxları itiləyin, Kaman qablarını doldurun! Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox etməkdir, Rəbb Öz qisasını, məbədinin qisasını alacaq. «Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin. Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb». Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.
Выбор основного перевода