Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq». Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz. «Xasor çaqqal yuvasına, Əbədi viranəliyə çevriləcək. Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq». Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq. Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq, Daha insan yaşamayacaq, Əbədi olaraq orada heç kəs sakin olmayacaq. O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
Выбор основного перевода