Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi. Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi. Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına! Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. Ey atlar, şahə qalxın! Ey döyüş arabaları, dəli kimi cumun! Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri, Kaman götürən və onu çəkən Ludlular, irəli gedin! Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər. Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”. Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları, Misirin qızıl-gümüş xəzinələrini və bütün sərvətlərini ələ keçirəcək. Liviyalılar və Kuşlular da ona tabe olacaq.
Выбор основного перевода