Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi. Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər. ‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı? Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız. Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz. Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız. Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı, İstehkamını qoru, yolunu qoru, Belini möhkəm qurşa, Bütün gücünü topla!
Выбор основного перевода