Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın. Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm. Aslan öz balalarına kifayət qədər şikar ovladı, Dişisi üçün ovunu boğazladı, Mağarasını ovladığı heyvanlarla, Yuvasını şikarla doldurdu. Ordular Rəbbi bəyan edir: «Mən sizin əleyhinizəyəm, Döyüş arabalarınızı tüstüdə yandıracağam, Gənc aslanlarını qılınc yeyəcək, Yer üzündən şikarını kəsəcəyəm, Qasidlərinin səsi daha eşidilməyəcək». Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına!
Выбор основного перевода