Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək. Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq. Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək. İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. Sularına quraqlıq gəlsin! Onlar quruyacaq. Çünki Babil bütlər ölkəsidir, Onlar qorxunc bütlərlə dəli oldu. Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar, Axırınız gəldi, Vaxtınız yetişdi». Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm. Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan Böyük əjdaha Misir padşahı firon, Mən sənin əleyhinəyəm. Sən deyirsən: ‹Nil çayı mənimdir, Onu özüm üçün yaratdım›. Patrosu xarabalığa çevirəcəyəm, Soanı oda verəcəyəm, No şəhərini cəzalandıracağam. Qəzəbimi Misirin qalası olan Sin üzərinə tökəcəyəm, No şəhərinin çoxlu əhalisini yox edəcəyəm. Misiri oda verəcəyəm, Sin ağrıdan qıvrılacaq, No şəhərinin divarı yarılacaq. Gündüz vaxtı Nofda Düşmənlər cövlan edəcək. Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü?
Выбор основного перевода