Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar. Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır. Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər. İgidlərin qalxanları qıpqırmızıdır, Cəngavərlərin libasları al rəngdədir. Onlar hazır olan gün Döyüş arabalarının dəmirləri necə də parıldayır, Şam ağacından nizələr havada oynayır! Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır, Meydanlarda ora-bura yüyürür, Məşəllər kimi parıldayır, Şimşək kimi cəld qaçır. Nineva padşahı seçmə əsgərlərini toplayır, Amma onlar yolda büdrəyir. Düşmən orduları şəhər divarına tərəf qaçır, Qalxanlarını qaldırıb sipər qurur.
Выбор основного перевода