Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər. O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. «Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm, Tunc qapıları qırıb Dəmir qıfılları sındıracağam. Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək. Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi, Öz qalalarında oturdu. Gücləri tükəndi, Ürkək qadınlara döndülər. Yaşadıqları yerlər oda verildi, Darvaza sürgüləri qırıldı. Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək».
Выбор основного перевода