Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz. O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək. Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq. Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.
Выбор основного перевода