Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? «Onları qırıb-çatacağam» Rəbb belə bəyan edir. «Tənək üzüm gətirməyəcək, Əncir ağacı bar verməyəcək, Yarpaqlar solacaq. Mən onlara nə verdimsə, Hamısı əllərindən alınacaq». Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı.
Выбор основного перевода