Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər. Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır. Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz. Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur. Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın.
Выбор основного перевода