Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı. Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu. Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar. Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan. Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.
Выбор основного перевода