Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et. Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər. Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru. Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar. Biz Sənin xalqın, otlağının sürüsüyük, Əbədilik Sənə şükür edərik, Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik! O gün Rəbb deyəcək: «Xoşladığım bağ üçün nəğmələr oxuyun! Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın. Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar. Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər. Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər. Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi. Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”. Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar. Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək. İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi.
Выбор основного перевода