Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama!
Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək.
Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq.
Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin!
Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar.