Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın; Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər. Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər. Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin. Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
Выбор основного перевода