Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. Allah bütün bu sözləri belə söylədi: «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın. Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Qətl etmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalandan şahidlik etmə. Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma». Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi. O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi. Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi. Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.
Выбор основного перевода