Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız. Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər. Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi. Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı. Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı. O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı. Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi. Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!
Выбор основного перевода