Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər. Bir nəfər Binyaminli döyüş yerindən qaçaraq elə həmin gün gəlib Şiloya çatdı. Onun paltarı cırılmış, başı toz-torpaq içində idi. Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi. Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi. Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı. Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin. Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi.
Выбор основного перевода