Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər. İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın». Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı. Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.
Выбор основного перевода