Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. Əngin sulara bürünüb Daş tək dərinliklərə Necə də qərq oldular. Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar. Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum? Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var?
Выбор основного перевода