Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var. “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!” Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!
Выбор основного перевода