Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. Şənbə günündə iki birillik qüsursuz erkək toğlu və taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un və onun içmə təqdimini təqdim edin. Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir. Buğa kəsən şəxs adam öldürən kimidir, Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir, Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir, Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir. Onlar öz yolları ilə gedir, İyrənc işlərindən həzz alır. Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz. Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın.
Выбор основного перевода