Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durdu və əllərini göyə açıb dedi: O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər. Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm. Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. Çünki əlləriniz qanla, Barmaqlarınız şər əməllərlə murdarlanıb. Dodaqlarınız yalan danışır, Diliniz pislik söyləyir. Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam». Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam». Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub».
Выбор основного перевода