Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Heç bir dul qadına və yetimə əziyyət verməyin. Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər». Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır. Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür. Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
Выбор основного перевода