Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq. “Övladlarınızı nahaq yerə cəzalandırdım, Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb-çatan aslan kimi Peyğəmbərlərinizi tələf etdi”. Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm. Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər.
Выбор основного перевода