Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi? Hətta göydə uçan leylək də Öz vaxtını bilir, Qumru, qaranquş, durna da Uçub gələcəkləri vaxtı gözləyir, Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir. «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. Ey Yeremya, hiylə içində yaşayırsan, Hiylədən ötrü Məni tanımaq istəmirlər» Rəbb belə bəyan edir.
Выбор основного перевода