Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız. Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan. O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. «Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar». O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”. Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”. Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”». Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim. O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq. Onların tökdüyü qanları İndiyə qədər bağışlamamışam, Lakin bundan sonra bağışlayacağam. Rəbb Sionda məskən salır». «Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.
Выбор основного перевода