Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Beşinci püşk nəsillərinə görə Aşer övladları qəbiləsinə düşdü. Onların torpağı Xelqat, Xali, Beten, Akşaf, Alamelek, Amad və Mişal idi. Sərhəd qərbə tərəf Karmelə, Şixor-Livnata çatırdı, Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula, Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı. Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv, Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi. Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
Выбор основного перевода