Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Yeddinci püşk nəsillərinə görə Dan övladları qəbiləsinə düşdü. İrs torpaqları bunlar idi: Sora, Eştaol, İr-Şemeş, Şaalabbin, Ayyalon, İtla, Elon, Timna, Eqron, Elteqe, Gibbeton, Baalat, Yehud, Bene-Beraq, Qat-Rimmon, Me-Yarqon, Yafo qarşısında olan sərhədi ilə Raqqon. Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər. Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə Xamat keçidinə, Sedada, Berotaya və Dəməşq ilə Xamatın torpaqları arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona qədər uzanacaq. Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir. Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir. Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir. Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd olacaq. Qərb sərhədi belədir.
Выбор основного перевода