Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis, Bet-Arava, Semarayim, Bet-El, Avvim, Para, Ofra, Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər; Giveon, Rama, Beerot, Mispe, Kefira, Mosa, Reqem, İrpeel, Tarala, Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır. «Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq. Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
Выбор основного перевода