Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
İkinci püşk nəsillərinə görə Şimeona – Şimeon övladlarının qəbiləsinə düşdü. Onların irs torpağı Yəhuda övladlarının irs torpağı arasında idi. Onların irs torpaqları bunlar idi: Beer-Şeva, Şeva, Molada, Xasar-Şual, Bala, Esem, Eltolad, Betul, Xorma, Ziqlaq, Bet-Markavot, Xasar-Susa, Bet-Levaot, Şaruxen, yəni kəndləri ilə birlikdə on üç şəhər; Ayin, Rimmon, Eter, Aşan, yəni kəndləri ilə birlikdə dörd şəhər; Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır. Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar.
Выбор основного перевода