Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim. Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq. Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq. Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq.
Выбор основного перевода