Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иезекииль
Параллельные места
Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi. Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın. Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür.
Выбор основного перевода