Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək». Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. Uca səslə sənin üçün Acı-acı fəryad edəcəklər. Başlarına torpaq səpələyəcəklər, Küldə eşələnəcəklər. Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar. Yaslarında sənin üçün mərsiyə oxuyub Belə deyəcəklər: ‹Dənizin ortasında Sur şəhəri kimi susdurulan Bir şəhər varmı görəsən?› Malların dənizin o tayına çatanda Çoxlu xalqı doydururdun. Böyük var-dövlətinlə, malınla Dünya padşahlarını sərvət sahibi edirdin. İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı. Sahillərdə yaşayanların hamısı Başına gələnlərdən heyrətə düşdü. Onların padşahlarının tükləri biz-biz oldu, Bənizləri soldu. Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular». onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».
Выбор основного перевода