Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart, çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək». Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız». Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı». Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar! Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin, Sürüyə yol göstərən təkə kimi olun! Babilin içindən qaçın! Hər kəs canını qurtarsın! Onun günahına görə məhv olmayın. Çünki Rəbbin qisas zamanıdır, Ona öz əvəzini verəcək. Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi? Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın! Rəbbin qızğın qəzəbindən qaçın! «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!» İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq». Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm».
Выбор основного перевода