Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Fəryad edin, ey Tarşiş gəmiləri, Çünki istehkamınız dağılıb. Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu! Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar, Axırınız gəldi, Vaxtınız yetişdi». Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq. Sükançıların fəryadından Dənizin sahilləri titrəyəcək. Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək, Gəmiçilərlə sükançıların hamısı Gəmilərindən düşüb quruda dayanacaq. Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.
Выбор основного перевода