Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Səndə hər cür mal bol olduğu üçün Tarşiş səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Gümüş, dəmir, qalay və qurğuşun verdilər. Yavan, Tuval və Meşek səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Qullar və tunc qablar verdilər. Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər. Bütün taxtalarını Senirin şam ağaclarından düzəltdilər. Sənə dor qayırmaq üçün Livandan sidr ağacları gətirdilər. Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi.
Выбор основного перевода