Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir! Hər tərəfdən ona qarşı nərə çəkin, O təslim oldu, Qüllələri yıxıldı, divarları uçuldu. Çünki bu, Rəbbin qisasıdır. Ondan qisas alın, O nə etdisə, başına onu gətirin. Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi. Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət, o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin.
Выбор основного перевода