Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu. Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı. Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”. Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim. Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».
Выбор основного перевода