Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur! Əgər bir adam öz arvadını boşasa, Arvad da onu tərk edib başqasına ərə getsə, O adam bir də arvadının yanına qayıdarmı? Belə etsə, ölkə də tamamilə murdar olmazmı? Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?» Rəbb belə bəyan edir. «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin. Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. Göylər Mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan bəri hər şeyə möhtac olduq, qılınc və aclıqdan həlak oluruq». Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.
Выбор основного перевода