Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin. Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın. Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən, Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir. Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam. O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi.
Выбор основного перевода